Ermənistan prezidenti Fransaya səfər edəcək

20-01-2018, 16:29
Oxunub: 374
Sarqsyan yanvarın 24-də Strasburqda AŞPA-nın qış sessiyasında iştirak edəcək


Ermənistan prezidenti Serj Sarqsyan yanvarın 22-24-də Fransaya işgüzar səfər edəcək.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Sarqsyan yanvarın 22-23-də Fransa prezidenti Emmanuel Makron, Senatın rəhbəri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşəcək.

Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti