2 qadın zəhərlənərək öldü

6-05-2013, 14:50
Oxunub: 442


Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Ulacalı kənd sakini Arzu Quliyeva evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.


Oxşar hadisə mayın 4-də Lerik rayonunda da baş verib. Rayon sakini Nəsibə Rzayeva evindən qidadan zəhərlənmə ilə Cəlilabad rayonu Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti