“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb

19-01-2018, 17:32
Oxunub: 178
Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək


Türkiyənin “Fənərbağça” klubu futbolçu Robin van Persi ilə yollarını ayırıb.

Report “Fanatik”ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək.

Qeyd edək ki, Robin van Persi 2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 87 matçda 36 qol vurub. “Feyenoord”un yetirməsi olan forvard 2004 – 2012-ci illərdə London “Arsenal”ının formasını geyinib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti