Ermənistanda hakim partiyanın prezidentliyə namizədinin adı açıqlanıb

19-01-2018, 15:04
Oxunub: 207
O, 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir


Ermənistanın hakim partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 19-da ölkə prezidenti Serj Sarqsyan hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədinin Armen Sarqsyanın olacağını bildirib. 

Qeyd edək ki, A.Sarqsyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dlvət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.

2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.

64 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Xaricdəki erməni lobbisinin də onun prezidentliyə namizədliyini dəstəklədiyi bildirilib.

Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” Holdinqin sahibidir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti