Vergilər naziri ABŞ səfiri ilə görüşüb

19-01-2018, 14:31
Oxunub: 284
Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb


Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri cənab Robert Sekuta ilə görüşüb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən APA-Economics-ə verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər.

Görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti