"İlin II yarısında neft hasilatı kəskin arta bilər"

19-01-2018, 10:43
Oxunub: 127
Dekabr ayında kartel üzrə neft hasilatı 42,416 mln. barel/gün təşkil edib


OPEC-in 2018-ci ildə orta gündəlik hasilatı illik müqayisədə 0,2 mln. barel və ya 0,6% artaraq 33,1 mln. barel, ilin ikinci yarısında isə 34 mln. barel təşkil edə bilər. 

Report xəbər verir ki, bu proqnoz OPEC-in aylıq hesabatında dərc olunub.

Sənəddə qeyd olunub ki, dekabr ayında kartel üzrə neft hasilatı aylıq müqayisədə 0,042 mln. barel/gün və ya 0,13% artaraq 42,416 mln. barel/gün təşkil edib. Bu, OPEC+ anlaşmasında nəzərdə tutulan 42,5 mln. barel/gün kvotasından aşağıdır. 

Dekabrda Səudiyyə Ərəbistanı hasilatı 11 min barel/gün və ya 0,11% azaladaraq 9,918 mln. barel/günə, Venesuela isə 5% və ya 0,082 mln. barel/gün azaldaraq 1,745 mln. barel/günə endirib. Bu iki ölkədə hasilatın azalması, Nigeriyanın hasilatı aylıq müqayisədə 75 min barel/gün və ya 4,2% artıraraq 1,861 mln. barel/günə çatdırması ilə kompensasiya olunub. Həmçinin, dekabrda hasilatı Əlcəzair, Anqola, İran və Küveyt artırıb.

OPEC 2017-ci il üçün neft tələbi üzrə proqnozunu 1,57 mln. barel/gün və ya 1,64% artıraraq 96,99 mln. barel/günə, 2018-ci il üçün isə 1,53 mln. barel/gün və ya 1,58% artıraraq 98,51 mln. barel/günə çatdırıb. OPEC xaricində neft təklifinin 2018-ci ildə 1,15 mln. barel/gün və ya 1,99% artaraq 58,94 mln. barel/gün təşkil etməsi gözlənilir. Artımın əsasən ABŞ, Kanada, Meksika və Böyük Britaniya tərəfindən həyata keçiriləcəyi gözlənilir. Norveç və Argentinada isə 2018-ci ildə hasilatın azalması ehtimal edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti