ABŞ-da neft hasilatı bərpa olunub

19-01-2018, 10:24
Oxunub: 150
ABŞ-da neft ehtiyatları 6,861 mln. barel və ya 1,63% azalaraq 412,7 mln. barelə düşüb


ABŞ-da 5-12 yanvar həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.

Report xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.

Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 6,861 mln. barel və ya 1,63% azalaraq 412,7 mln. barelə düşüb. Analitiklər ehtiyatların 3,6 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları əvvəlki həftə 4,9 mln. barel azalma göstərib.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 3,99 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,62 mln barel və ya 1,53% artaraq 240,9 mln. barelə çatıb. Əvvəlki həftə isə benzin ehtiyatları 3,13 mln. barel artıb.

ABŞ-da hesabat həftəsində neft hasilatı 258 min barel və ya 2,72% artaraq 9,75 mln. barel/günə çatıb. Xatırladaq ki, əvvəlki həftə hasilat soyuq hava şəraiti səbəbindən 290 min barel və ya 2,96% azalaraq 9,492 mln. barel/gün təşkil edib.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti