Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib

18-01-2018, 18:18
Oxunub: 160
Müdafiə Nazirliyindən bildirilib


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Report-a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, toplantıda Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi birinci dərəcəli kapitan Davud Bağırlı 2018-ci ildə qarşıya qoyulan müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Toplantı iştirakçılarına mütəxəssis zabitlər tərəfindən Beynəlxalq Hidroqrafiya Təşkilatının (İHO) dəniz təhlükəsizliyindəki rolu, topogeodeziya cihazlarının istifadəsi və kartoqrafiya proqram təminatında raster xəritələrin işə hazırlanması mövzularında məşğələlər keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti