Ötən il ümumilikdə 1335 kilometrlik yolda təmir işləri aparılıb

18-01-2018, 17:53
Oxunub: 113
"2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub"


Avtomobil Yolları Dövlət Agentliyi 2017-ci ildə əsaslı və yenidənqurma işləri ilə bağlı statistikanı açıqlayıb.

Agentlikdən APA-Economics-ə verilən məlumata görə, ötən il ərzində uzunluğu 1 335 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Respublika əhəmiyyətli - 313,4 km;

Yerli əhəmiyyətli - 888,7 km;

Bakı şəhər yolları - 133,0  km. 

“Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 kilometr, 2016-cı ildə isə 880 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti