Nazir əmək qabiliyyətli şəxslərə müraciət edib

18-01-2018, 15:21
Oxunub: 112
"Özünüməşğulluq proqramları üçün 35,8 mln. manat nəzərdə tutulub"


“Ailələrində əmək qabiliyyətli olanlar özünüməşğulluq proqramında iştirak üçün bizim yerli məşğulluq mərkəzlərinə müraciət etsinlər".

APA-Economics xəbər verir ki, bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir bunun üçün artıq kifayət qədər vəsaitin olduğunu və formalaşdığını qeyd edib. “Azərbaycan prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı özünüməşğulluq proqramları üçün 35,8 mln. manat nəzərdə tutulduğunu bildirib. Bu, ötən il bizim tətbiq etdiyimiz özünüməşğulluq layihəsindən 6 dəfə böyükdür. Ona görə də, ünvanlı sosial yardım üçün müraciət edib müxtəlif ailənin əmək qabiliyyətli üzvlərinin məşğul olmamasının səbəblərini araşdırmaqdansa müraciət etsinlər, özünüməşğulluq proqramlarına cəlb olunsunlar, istehsal, xidmət ilə məşğul olsunlar. Təbii ki, burada əmək qabiliyyətli ailələrdən söhbət gedir. O ailələr ki, onlarda əmək qabiliyyətli üzv yoxdur və yaxud da bir əmək qabiliyyətli üzv, lakin çoxlu sayda ailə üzvünün əmək qabiliyyəti yoxdur, hansı ki uşaqlar, əlillər, yaşlılar və s. var, belə hallarda həmin ailəyə ünvanlı sosial yardım verilməsini təmin edəcəyik”, - deyə S.Müslümov qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti