Britaniya parlamentində “Brexit” haqqında qanun qəbul edilib

18-01-2018, 10:03
Oxunub: 179
Parlamentin 295 üzvü sənədin əleyhinə çıxıb


Britaniya parlamentinin Aşağı Palatası “Brexit” haqqında qanunu qəbul edib.

Report xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, qanunun lehinə 324 parlament üzvü səs verib. Parlamentin 295 üzvü sənədin əleyhinə çıxıb.

“Biz qanun layihəsinin parlamentin təsdiqlənməsi mərhələsini uğurla keçməsindən məmnunuq”, - deyə ölkənin Aİ-dən çıxışı məsələsi üzrə naziri Devid Devis bildirib.

Onun sözlərinə görə, sənədin Lordlar Palatasında baxılması mərhələsi yanvarın sonlarında olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti