Azərbaycan və Meksika təhsil sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

17-01-2018, 18:10
Oxunub: 42
Meksika ilə Azərbaycanda xarici tələbələrə təqdim olunan müxtəlif imkanlar müzakirə olunub


Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovla görüşüb.

Meksikanın ölkəmizdəki səfirliyindən Report-a verilən məlumata görə, tərəflər keçən ilin oktyabr ayında imzalanmış təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökumətlərarası Sazişin hər iki ölkə arasında qeyd olunan sahələr üzrə əlaqələrin inkişafına töhfəsini vurğulayıblar.

Səfir R.Labardini qeyd edib ki, maarif sahəsində əlaqələrin inkişafı məqsədilə artıq Meksika və Azərbaycanın müxtəlif universitetləri arasında turizm və energetika sektorları ilə bağlı qarşılıqlı maraqda mərkəzləşən əməkdaşlıq əlaqələri qurulub.

Bu baxımdan, səfir təhsil və peşə təcrübələri mübadiləsinin hər iki tərəfin xeyrinə olduğunu vurğulayıb.

Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində təhsil sektorunun təmsilçiləri arasında mümkün görüşlər, eyni zamanda Meksika ilə Azərbaycanda xarici tələbələrə təqdim olunan müxtəlif imkanlar müzakirə olunub.

Səfir R.Labardini, öz növbəsində, Meksikada təqaüd proqramlarına aid bəzi məsələlərə aydınlıq gətirib, ölkəsində hazırkı təhsil islahatının məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə, bu gün Meksikada 900 min tələbə texnologiya sahəsi üzrə ali təhsil almaqdadır.

Görüşün sonunda tərəflər Azərbaycan və Meksika arasında təhsil sferasında əməkdaşlığın gücləndirilməsini davam etdirməyə dair istəklərini ifadə ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti