“ISR Holding” yeni şirkət yaradıb

17-01-2018, 16:53
Oxunub: 111
“ISR Management”in nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rauf Xəlilovdur


Vergilər Nazirliyi “ISR Management” MMC-ni dövlət qeydiyyatına alıb.

Report Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “ISR Holding” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 69-da (“ISR Plaza” iş mərkəzində) dövlət qeydiyyatından keçib.

“ISR Management”in nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rauf Xəlilovdur. Xatırladaq ki, o, “ISR Holding”in rəhbəri İskəndər Xəlilovun oğludur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti