Bağdadda iki partlayış baş verib

17-01-2018, 15:44
Oxunub: 128
Yaralıların hamısı xəstəxanaya çatdırılıb


Bu gün İraqın paytaxtı Bağdadda baş verən iki partlayış nəticəsində 8 nəfər ölüb və ya yaralanıb.

Bu barədə Report "Iraqinews.com" saytına istinadən xəbər verir.

Təhlükəsizlik xidmətindəki mənbənin verdiyi məlumata görə, paytaxtın şimalında Əl-Tərmiyyə bölgəsindəki partlayışda 3 nəfər yaralanıb. Əl-Madain bölgəsində baş verən partlayış zamanı isə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti