Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var

17-01-2018, 15:27
Oxunub: 115
6 ayda ölkədə aclıqla üz-üzə qalanların sayı 6,8 milyon nəfərdən 8,4 milyon nəfərə çatıb


Yəmən əhalisinin 80 faizinin, yaxud 22 milyon nəfərin humanitar yardıma ehtiyacı var.

Report xarici KİV-lərə istinadən xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsindən bildiriblər. 

Təşkilatın hesabatında qeyd olunub ki, son 6 ayda ölkədə aclıqla üz-üzə qalanların sayı 6,8 milyon nəfərdən 8,4 milyon nəfərə çatıb. 

Qeyd edək ki, 2011-ci ilin siyahıya alınmasına əsasən, ölkə əhalisinin sayı 25 milyon 130 min nəfər, 2013-cü ilin məlumatın görə 25 milyon 408 min 288 nəfər, 2016-cı ildə Dünya Bankının apardığı hesabala üzrə isə 27 milyon 580 min nəfərdir. 

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husi qiyamçıları ilə Səudiyyə Ərəbistanınlın başçılıq etdiyi beynəlxalq koalisiyanın müdafiə etdiyi Əbd Rabbao Mansur əl-Hadiyə bağlı hökumət qüvvələri arasında silahlı münaqişə davam edir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti