Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb

17-01-2018, 10:25
Oxunub: 120
O, "Al Wajba" medalı ilə təltif edilib


Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Azərbaycan səfiri Tofiq Abdullayevlə görüşüb.

Report Qətərin "The Peninsula Qatar" nəşrinə istinadən xəbər verir ki, əmir azərbaycanlı diplomatı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsindəki rol və xidmətlərinə görə "Al Wajba" medalı ilə təltif edib.

T.Abdullayev əmirə və dövlətin rəsmi şəxslərinə Qətərdə diplomatik fəaliyyətinin uğurlu keçməsinə yardım göstərdiklərinə görə minnətdarlığını bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti