Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib

17-01-2018, 09:43
Oxunub: 166
Miqrantları batmaqda olan 7 kater və 4 qayıqdan xilas etmək mümkün olub


İtaliyanın Aralıq dənizi sahillərində yerləşən Siciliya boğazında 1400 nəfərə yaxın miqrant xilas edilib.

Report xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətinə istinadən TASS məlumat yayıb.

Əməliyyat İtaliyanın Sahil Mühafizə Xidməti, Avropa İttifaqının "Eunvaformed" missiyası və bir qeyri-hökumət təşkilatı əməkdaşları tərəfindən aparılıb. Əməliyyatların keçirilmə müddəti açıqlanmır. Miqrantları batmaqda olan 7 kater və 4 qayıqdan xilas etmək mümkün olub. Bildirilir ki, qaçqınlar Liviyadan İtaliya sahillərinə gəlməyə çalışıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti