Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb

17-01-2018, 03:19
Oxunub: 151
Qəza Seqoviya şəhəri yaxınlığında qeydə alınıb


Kolumbiyanın şimalında "Mi-17" tipli vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.

Report xəbər verir ki, qəza Seqoviya şəhəri yaxınlığında qeydə alınıb.

TASS-ın məlumatına görə, hava gəmisinin göyərtəsində 8 hərbçi və 2 mülki şəxs olub.

Kolumbiya ordusu nümayəndəsinin sözlərinə görə, vertolyot vurulmayıb. Hadisənin səbəbləri araşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti