Ronaldinyo karyerasını rəsmən başa vurub

17-01-2018, 03:16
Oxunub: 85
Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib


Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo karyerasını rəsmən başa vurub.

Report-un xəbərinə görə, 37 yaşlı hücumçunun karyerasını bitirməsi barədə qardaşı Roberto de Assis Moreyra məlumat verib.

Onun peşəkar karyerasında son klubu "Fluminense" olub. Futbolçu bu klubu 2015-ci ilin sentyabrında tərk edib. 2002-ci ilin dünya çempionu son vaxtlar müxtəlif nümayiş xarakterli matçlarda iştirak edib.

Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti