ABŞ son planları barədə NATO-nu xəbərdar etməyib

17-01-2018, 02:45
Oxunub: 113
“Biz məsələ ilə bağlı Türkiyənin narahatlığını başa düşürük”


ABŞ Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri”nin yaradılmasına dair NATO ilə heç bir məsləhətləşmə aparmayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.    

“Biz məsələ ilə bağlı Türkiyənin narahatlığını başa düşürük”, - deyə Stoltenberq Ərdoğana bildirib.  

Bundan əvvəl ABŞ-ın YPG dəstələrini məxfi şəkildə zenit-raket kompleksləri ilə təmin etdiyi bildirilmişdi.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti