Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edib

16-01-2018, 21:04
Oxunub: 47
Milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin Layihələşdirilməsi” formatlarında Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Bu barədə Report-a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, “Qətiyyətli Dəstək” formatında keçirilmiş görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.

“Stabilliyin Layihələşdirilməsi” formatında keçirilmiş görüşdə isə Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti