"Monetar stimullaşdırma sentyabrda tamamilə dayandırıla bilər"

16-01-2018, 12:01
Oxunub: 71
" İqtisadi artım və inflyasiya proqnozlarımız öz yerini taparsa, sentyabrdan istiqraz alışının dayandırılması doğru addım olacaq"


Avropa Mərkəzi Bankı (ECB) yay aylarına qədər açıqlamalarının istiqamətini dəyişdirməli və sentyabr ayından etibarən monetar stimullaşdırma proqramını tamamilə dayandırılmasına hazırlıq görməlidir. 

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamaları ECB-nin İdarə Heyətinin üzvü Ardo Hansson Almaniyanın "Boersen-Zeitung" qəzetinə müsahibəsində verib.

Hansson ECB-nin hazırkı mövqeyini dəstəkləsə də, gələcəkdə atacağı addımlara indidən hazırlaşmalı olduğunu bildirib: "Monetar stimullaşdırmanın dayandırılması üçün bir çox səbəb var. İqtisadi artım və inflyasiya proqnozlarımız öz yerini taparsa, sentyabrdan istiqraz alışının dayandırılması doğru addım olacaq".

Bu açıqlamadan sonra avronun dollarla müqayisədə məzənnəsi 1,23 USD/EUR səviyyəsinə qədər yüksələrək, son 37 ayın maksimal həddinə çatıb. 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti