Avropa İttifaqı: Metsamor AES bağlanmalıdır

16-01-2018, 10:45
Oxunub: 72
Brüssel bunun qarşılığında Ermənistana ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib


Avropa İttifaqı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib. 

Report “Nezavisimaya qazetaya” istinadən bildirir ki, ittifaq beynəlxalq aləmdə Ermənistanın “nüvəsizləşdirilməsini” dəstəkləyir.

Qəzetin yazdığına görə, Brüssel bunun qarşılığında Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi Yerevandan infrastrukturda islahat aparılması tələb olunur. 

Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyətini hələ də davam etdirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti