Bolqarıstan baş nazirinin Azərbaycana səfəri başa çatıb

16-01-2018, 10:38
Oxunub: 91
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb


 Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 16-də başa çatıb.

Report xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti