Qızıl 7 dollara yaxın bahalaşıb

16-01-2018, 10:22
Oxunub: 59
Qızılın unsiyasının qiyməti 6,70 dollar artaraq 1 341,60 dollara satılıb


ABŞ-da hər il yanvar ayının üçüncü bazar ertəsi günü Martin Lüterin anım günü kimi qeyd olunur ki, buna görə ölkənin fond bazarı fəaliyyət göstərmədiyindən əsas şirkətlərin səhmləri dəyişməyib.

APA-Economics xəbər verir ki, Amerika fond bazarında "Dow Jones" indeksi 0,89% - 25 803,19 bəndədək, "S&P 500" 0,68% - 2 786,24 bəndədək, NASDAQ isə 0,68% - 7 261,06 bəndədək bahalaşıb.

Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12% - 7 769,14 bəndədək, Almaniya DAX-ı 0,34% - 13 200,51 bəndədək, Fransa CAC-40-ı isə 0,13% - 5 509,06 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar artaraq 1 341,60 dollara, gümüşün qiyməti isə 0,23 dollar artaraq 17,38 dollara satılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti