Vaşinqton metrosunda qatar relsdən çıxıb

15-01-2018, 19:12
Oxunub: 150
Hadisənin başvermə səbəbləri araşdırılır


ABŞ-ın paytaxtı Vaşinqton şəhərində içərisində 60 sərnişin olan metro qatarı "qırmızı zolaq"dan kənara çıxıb.

Report-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Şəhər Sərnişindaşıma İdarəsi "Twitter" səhifəsində bildirib.

Məlumata görə, qatar metronun "Farragut North" stansiyasında relsdən kənara çıxıb, hadisə nəticəsində xəsarət alan olmayıb, bütün sərnişinlər qatardan təxliyyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti