AMEA Coğrafiya İnstitutu və “Azərkosmos” ASC arasında protokol imzalanıb

15-01-2018, 18:30
Oxunub: 114
Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyalın köməyi ilə ətraf mühit üçün müstəsna əhəmiyyətə malik təbii resurs olan meşələrin aerokosmik monitorinqi məqsədilə niyyət protokolu imzalanıb.

Bu barədə Report-a Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Protokola əsasən, məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi ictiqamətində işlər həyata keçiriləcək.

Protokolu AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti