Kanadada aktiv neft-qaz quyularının sayında kəskin artım qeydə alınıb

15-01-2018, 11:20
Oxunub: 101
Ötən həftə ABŞ aktiv neft quyularının sayı da 10 ədəd və ya 1,3% artıb


Dünya bazarında "Brent" markalı neftin qiymətinin 70 dollar/barel həddini keçməsi ABŞ-la yanaşı, Kanadanın da neft-qaz sektoruna təsir göstərməyə başlayıb.

Report "Baker Hughes" şirkətinin həftəlik hesabatına istinadən xəbər verir ki, 8-12 yanvar tarixlərində Kanadada aktiv neft-qaz quyularının sayı 102 ədəd və ya 58,6% artaraq 276-ya yüksəlib.

Hesabat həftəsində Kanadada aktiv neft quyularının sayı 87 ədəd və ya 88,8% artaraq 185-ə, aktiv qaz quyularının sayı isə 15 ədəd və ya 19,7% artaraq 91-ə çatıb.

Qeyd edək ki, ötən həftə ABŞ aktiv neft quyularının sayı da 10 ədəd və ya 1,3% artaraq 752-yə çatıb və ötən ilin maksimum həddi olan 768 ədəddən 2,1% aşağıdır. 2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,38 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,3% aşağıdır.

Report-un analitik qrupu yaxın zamanda ABŞ və Kanadanın neft sektorunda aktivliyin artmasının hasilata müsbət təsir göstərəcəyini və qiymətlərin azalmağa başlayacağını ehtimal edir. Lakin "Brent" markalı neftin qiymətinin 60 dollar/barelə qədər azalması istisna edilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti