Əmək pensiyalarının hesablara nə zaman köçürüləcəyi açıqlanıb

15-01-2018, 11:02
Oxunub: 151
"Köçülürmə yanvar ayının 16-da həyata keçiriləcək"


“Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək”.

Bunu Report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyi üçün əmək pensiyalarının Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün gecikib: "Köçülürmə yanvar ayının 16-da həyata keçiriləcək. Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sistemi əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin cari ildə də normal qaydada davam etdirilməsinə imkan yaradacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti