Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

15-01-2018, 10:58
Oxunub: 143
Energetika sektorunda əməkdaşılığın inkişafı məsələləri müzakirə olunacaq


Bolqarıstanın Baş naziri Boyko Borisov bu gün Azərbaycana işgüzar səfərə gələcək.

Report Bolqarıstan Teleqraf Agentliyinə (BTA) istinadən xəbər verir ki, Bakıya səfər zamanı B.Borisovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Görüşdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sektorunda əməkdaşılığın inkişafı məsələləri müzakirə olunacaq.

Yanvarın 16-da Bolqarıstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rasizadə ilə birlikdə Bakı-Sofiya aviareysinin rəsmi açılış mərasimində iştirak edəcək.

B.Borisovun Bakıya səfəri həmin gün başa çatacaq və o, Strasburqa yola düşəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti