Kaliforniyada daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

15-01-2018, 03:48
Oxunub: 255
Təbii hadisə nəticəsində daha 4 nəfər itkin düşüb


ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları zamanı yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Santa-Barbara dairəsinin nümayəndəsi Castin Kuper son iki gündə xilasedicilərin daha 2 cəsədi aşkarladığını bildirib. Kuper ölənlərin neçə yaşlarında olmaları və onların cəsədlərinin harda aşkarlanması barədə heç nə deməyib.

Təbii hadisə nəticəsində daha 4 nəfər itkin düşüb. Onun sözlərinə görə, itənlərin axtarışları davam etdirilir.

Daşqınlar və torpaq sürüşmələri zamanı həmçinin 30-dan çox insan xəsarət alıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti