Fransada pianoçu İsfar Sarabskinın konserti olub

14-01-2018, 11:51
Oxunub: 26
Konsert Azərbaycanın Fransadakı səfirliyi və TEAS-ın təşkilatçılığı ilə baş tutub


Fransanın paytaxtı Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist İsfar Sarabskinın konserti olub.

Report-un Fransa bürosu xəbər verir ki, konsert Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı pianoçunun ifa etdiyi “G-Man”, “Planets”,"Edge” və digər bəstələri konsert iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Onu basda Morizio Kongiu, zərb alətlərində Patrik Qoraguer müşayiət ediblər.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib. 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçi “Novruz”, “G-Man”, "Generation”, "Edge”, ”Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti