Çili hökuməti Dünya Bankından tədqiqat aparmağı tələb edib

14-01-2018, 10:39
Oxunub: 86
Bunu Çili prezidenti Mişel Baçelet bəyan edib


Çili hökuməti Dünya Bankından ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə dair faktların təhrif edilməsi ilə bağlı "Doing Business" reytinqinin müəyyənləşdirilməsi sahəsində təhqiqat aparmağı tələb edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çili prezidenti Mişel Baçelet bəyan edib.

Çili prezidenti "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ölkələrin reytinqinin müəyyənləşdirilməsi ilə məşğul olan beynəlxalq institutlar etibarlı olmalıdır: "Çünki həmin beynəlxalq təşkilatların açıqladığı reytinqlər sərmayə qoyuluşuna və ölkənin inkişafına təsir göstərir". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti