Tramp haqqında kitab yazan müəllifi "psixi xəstə" adlandırıb

14-01-2018, 10:35
Oxunub: 66
Tramp yenidən kütləvi informasiya vasitələrini yalan məlumat yaymaqda ittiham edib


ABŞ prezidenti Donald Tramp "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabının müəllifi Maykl Vulfu "psixi xəstə" adlandırıb.

Report xəbər verir ki, kitab prezident tərəfindən "Twitter"də xatırladılıb.

Tramp yenidən kütləvi informasiya vasitələrini yalan məlumat yaymaqda ittiham edib.

"Onlar hətta düzgün məlumat çatdırmağa və ya səhv olduğu təqdirdə onu düzəltməyə belə cəhd göstərmirlər. Onlar bilərəkdən yalan yazan və psixi xəstə olan müəllifin kitabını təbliğ edirlər. Aparıcı KİV-lər bizim seçkiləri qazanmağımızdan dəli olurlar", — deyə Tramp bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti