ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini istefa verib

14-01-2018, 10:09
Oxunub: 65
O öz postunu bir neçə gündən sonra tərk edəcək


ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib.

Report xəbər verir ki, bu barədə diplomatın öz həmkarlarına yazdığı elektron məktuba istinadən "Reuters" məlumat yayıb.

O öz postunu bir neçə gündən sonra tərk edəcək.

Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti