Elmi-fantastika, fəlsəfə və siyasət: "2001: Kosmik Odisseya"

14-01-2018, 12:00
Oxunub: 1466
"2001" bir canlı növü kimi öz-özünə zərər verən təbiətimizə dair tənqid xarakteri qazanır


Elmi-fantastik filmlər fərqli həyat tərzlərini və ya cəmiyyətin və bəşəriyyətin necə dəyişəcəyini xəyal etmək üçün hər zaman bir vasitə olub. Daha əsas və həlledici mənada isə elmi-fantastik janr fəlsəfi düşünmək üçün bir vektordur. 

Sürətlə inkişaf edən texnologiya səbəbilə bizi insan edənin nə olduğu, kainatdakı yerimiz kimi sualların çoxalması ilə 21-ci əsr ədəbiyyat və kinosunda bu janr daha geniş yayılmağa başladı. Bir çox tənqidçi və peşəkarın fikrincə, digər kult filmlərin də ilham alındığı "2001: Kosmik Odisseya" elmi-fantastikanın dirəyi mövqeyindədir. Bu film bəlkə də soruşulan ən önəmli sualın cavabını axtarır: İnsanın əhəmiyyəti nədir? Kosmos və zamanın, kainat və təkamülün sonsuzluğu içərisində bizim yerimiz haradadır?

İnsanın yaranma məqsədini tapmağa çalışan bu çarəsiz axtarışı qanuniləşdirmək, istər elm və təkamül, istərsə də ilahi yaradıcılara inanc və qəsdən edilmiş dizaynlar vasitəsilə insanın digər canlılardan üstün olduğunu irəli sürür. Yadplanetlilərlə qarşılaşan Bouman siyasi çəkişmələrdən texnoloji ixtiralara qədər insanlığın zirvə nöqtəsi kimi görünən hər şeyin ümumi çərçivədə məntiqsiz olduğu qənaətinə varır.

Film ekranlaşdırıldığı dövrdə dünya Soyuq Müharibənin kölgəsi altında idi. Dolayı yolla,  "2001" bir canlı növü kimi öz-özünə zərər verən təbiətimizə dair tənqid xarakteri qazanır. İlk təkamül addımı insanın rəqibini öldürməyi öyrənməyidir. Sonralar isə insanların ölümü öz yaratdıqları süni zəka tərəfindən həyata keçiriləcəkdir. Filmin təkamül mərkəzinin bu şəkildə olmağı insanın əslində, müdrikliyə çatacağını deyil, öz-özünü yox edərək sonlanacağını vurğulayır.

"2001: Kosmik Odisseya" bir növ "dilimizi yandırır."  İnsanın eqoizm və qürurunun öz məhvinə yol aça biləcəyini xatırladır. Soyuq Müharibə başa çatmış olsa da, insanın öz özünü dağıtmağa yönələn meyli bu gün hələ də davam edir və indiki siyasətin tam ortasındadır. Buna yaxın zamanda reallaşan bir nümunə kimi ABŞ ilə Şimali Koreyanın bir-birilərini nüvə silahı ilə təhdid etməklərini göstərə bilərik.

Film səhvlərimizdən dərs çıxarmağımız üçün bir çağırışıdır, buna görə də insanın niyə özünü bu qədər xüsusi gördüyünü bir daha soruşur. Eyni zamanda tamaşaçını var olmağımızın davamlılığının ardındakı səbəbi mühakimə etməyə istiqamətləndirir, lakin özü bir cavab vermir. "2001"-in fəlsəfi suallarının cavabsızlığı kimi görünən son dialoqda Doktor Floyd yavaş və sabit bir səs tonunda deyir ki: "Mənşəyi və məqsədi hələ də sirrini qoruyur".

Yenə də insan irqini təmsil edən Boumanın ən sonda böyük bir müdrikliyə və anlayışa qovuşduğunu görmək özümüzü azad edəcəyimizə dair ümid qırıntılarını ardında qoyur.
Müəllif: Laura Potier
Mənbə: "The National Student"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti