"Donald Tramp üzr istəməlidir"

13-01-2018, 19:35
Oxunub: 81
Vulqar sözlərə görə üzr istəməyi tələb ediblər


Afrika ölkələrinin nümayəndələri ABŞ prezidenti Donald Trampdan afrikalıların ünvanına söylədiyi vulqar sözlərə görə üzr istəməyi tələb ediblər.

APA-nın “DW” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Afrika İttifaqının ABŞ-dakı nümayəndəliyinin bəyanatında deyilir.

Afrika qitəsinin 54 ölkəsinin imzaladığı bəyanatda tələb olunur ki, Tramp “murdar ölkələrdən olan immiqrantlar” ifadəsini geri götürsün.

Nümayəndəlik bildirib ki, Afrika ölkələri ABŞ prezidentinin xəyanətkar, irqçi və ksenofob ifadələrindən təəccüblənir və Afrika qitəsinin təhqir edilməsinə yönəlik tendensiyadan narahatdır.

Xatırladaq ki, ötən gün D. Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib ki, ABŞ Haitidən və “murdar” Afrika ölkələrindən olan immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti