Tbilisi aeroportunda bəzi aviareyslər ləğv olunub

13-01-2018, 19:25
Oxunub: 78
Aeroport bu gün axşam saatlarında Bakıdan reys qəbul etməlidir


Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, havalimanında reyslərin qəbulu və göndərilməsində gecikmələr yaranıb, 5 reys isə ləğv olunub.

Moskva-Tbilisi və Kiyev-Tbilisi reyslərini yerinə yetirən təyyarələr Kutaisi aeroportuna yönəldilib. 

Tbilisi hava limanının reyslərin gəliş cədvəlinə əsasən, aeroport bu gün axşam saatlarında Bakıdan reys qəbul etməlidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti