SOCAR-ın Türkiyədə sərmayələri bu il 20 mlrd. dollara çatacaq

13-01-2018, 15:12
Oxunub: 49
"Hazırda 40 minə yaxın yerli işçi SOCAR-ın layihələrində çalışır"


 Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə qoyduğu investisiyanın həcmi 20 mlrd. ABŞ dollarına çatacaq. 

Report xəbər verir ki, bunu Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.

X.İbrahimin sözlərinə görə, SOCAR-ın layihələrində işləyən Türkiyə vətəndaşlarının da sayı kifayət qədər çoxdur: “Hazırda 40 minə yaxın yerli işçi SOCAR-ın layihələrində çalışır. Bu, Türkiyə üçün böyük rəqəmdir”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti