Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

13-01-2018, 15:10
Oxunub: 158
Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb


 İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib. 

Bu barədə Report-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Gənclər və e-Hökumət”, “Kənd təsərrüfatında layihələrin idarə edilməsi və maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara elektron xidmətlər və onların şəffaflığın artırılması üçün yaratdığı əlverişli imkanlar, layihə təkliflərinin hazırlanması, layihənin həyata keçirilməsi üçün müvafiq strukturların yaradılması, layihənin maliyyələşdirmə mexanizmi və s. barədə ətraflı məlumat verilib.

Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti