“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq

13-01-2018, 12:02
Oxunub: 25
Paytaxt klubu yanvarın 30-da Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq


Bakının “Neftçi” futbol klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Report xəbər verir ki, paytaxt klubu yanvarın 30-da Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı hazırlıq prosesi dövründə yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək. Yanvarın 14-də isə “ağ-qaralar” “Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti