Sabah yollar bağlı olacaq

4-05-2013, 19:02
Oxunub: 1112


Sabah Bakıda "Tour dAzerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsi ilə bağlı paytaxtın bəzi prospekt və küçələrində hərəkət tam məhdudlaşdırılacaq. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Bakıxanov, Səməd Vurğun, Füzuli küçələri, Bülbül prospekti, Zərifə Əliyeva, Puşkin küçələri bazar günü səhər saat 10:00-dan başlayaraq tədbir başa çatanadək bağlı olacaq.

Velosipedçilər qeyd olunan marşrutlar üzrə 12 dəfə dövrə vuracaq. Yariş Azadlıq meydanından start götürüləcək.

Bakı yol polisi sürücülərdən həmin küçə və prospektlərdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti