"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salınıb

13-01-2018, 11:41
Oxunub: 114
BNA “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin bu gün istifadəyə veriləcəyini elan etmişdi


Bakı şəhərində "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi gələn həftəyə qədər təxirə salınıb. 

Bunu Report-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsinin təxirə salınması müəyyən texniki məsələlərlə bağlıdır.

Xatırladaq ki, BNA “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin bu gün istifadəyə veriləcəyini elan etmişdi.

Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq, növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti