"Azərsu" qiymətləndirici axtarır

13-01-2018, 11:36
Oxunub: 108
İddiaçılar təkliflərini 17 yanvar 2018-ci il saat 15:00-dək təqdim etməlidirlər


“Azərsu” ASC torpaqların qiymətləndirilməsi xidmətlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

Report bu barədə “Azərsu”ya istinadən xəbər verir.

Satınalma “Azərsu” ASC-nin Bakı şəhəri və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin qurulması istiqamətində +105 nömrəli Saray su bölüşdürücü kameranın tikinisi və mövcud xətlərin kameraya birləşdirilməsi layihəsi ilə bağlı su kəmərinin keçdiyi ərazidə və Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində inşa ediləcək Masazır +84 nömrəli su anbarının yerləşdiyi ərazidə tikinti sahəsinə düşən torpaqların qiymətləndirilməsi xidmətlərini əhatə edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti,67 (“Azərsu” ASC-nin tenderlərin təşkili şöbəsi) ünvanına müraciət edə bilərlər.

İddiaçılar təkliflərini 17 yanvar 2018-ci il saat 15:00-dək təqdim etməlidirlər. Təkliflər “Azərsu” ASC-nin baş ofisində 18 yanvar 2018-ci il saat 15:00-da açılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti