Venesuelada üç günlük matəm elan olunub

13-01-2018, 11:17
Oxunub: 66
Qayıq sahildə qayaya toxunaraq parçalanıb


Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı gənc insanların həlak olması ilə bağlı üç günlük matəm elan edib.

Report xəbər verir ki, bu barədə “Globovision” məlumat yayıb.

Son məlumata görə, Kyurasao adası yaxınlığında qayığın qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, daha 16 nəfər özünü adaya çatdıra bilib. Hadisə zamanı qayıqda 30 nəfər olub.

Digər 9 şəxsin taleyi hələlik məlum deyil.

Qayıq sahildə qayaya toxunaraq parçalanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti