Böyük Britaniyada quş qripinə yeni yoluxma halları aşkar edilib

13-01-2018, 10:58
Oxunub: 166
Virusun quşlar üçün çox yolxucu və ölümcül olduğu qeyd olunur


Böyük Britaniyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-şərqindəki Dorset qraflığında 17 vəhşi quşda H5N6 quş qripinə yoluxmanın yeni hallarını aşkar edib.

Report RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, bu, 2017-2018-ci illərdə rast gəlinən ilk haldır. Bu qripin ötən il Çində qeydə alınan yoluxma hallarından fərqləndiyi və insan səhhətinə təhlükə yaratmadığı bildirilir.

Bununla belə, virusun quşlar üçün çox yolxucu və ölümcül olduğu qeyd olunur.

Hakimiyyət orqanları quş fermaları sahiblərinə quşları yenidən qeydiyyatdan keçirməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti