Seneqal və Botsvana ABŞ səfirlərini çağırıblar

13-01-2018, 04:58
Oxunub: 82
Haiti hakimiyyəti də Amerika təmsilçisini Trampın aşağılayıcı fikirlərini izah etmək üçün çağırıb


Seneqal ABŞ-ın bu ölkədəki səfirini Birləşmiş Ştatlar prezidenti Donald Trampın Afika ölkələri haqqında fikirlərini izah etmək üçün çağırıb.

Report xəbər verir ki, bu barədə “NBC” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu səbəblə ABŞ-ın Botsvanadakı səfiri də izah məqsədilə həmin ölkənin hökuməti tərəfindən çağırılıb.

Daha əvvəl mətbuat xəbər verib ki, Tramp immiqrasiya məsələsi üzrə iclas zamanı Afika ölkələrindən, həmçinin Haitidən və Salvadordan gələn qaçqınları “çirkli deşikdən” gəlmələr adlandırıb.

Haiti hakimiyyəti də Amerika təmsilçisini Trampın aşağılayıcı fikirlərini izah etmək üçün çağırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti