Zambiyada komendant saatı tətbiq edilib

13-01-2018, 04:54
Oxunub: 121
Son üç ay ərzində Zambiyada 70 nəfər vəba xəstəliyindən ölüb


Zambiyada tüğyan edən vəba epidemiyası ilə əlaqədar ölkənin bir sıra bölgəsində komendant saatı tətbiq edilib, küçə alış-verişinə qadağa qoyulub.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Zambiyanın daxili işlər naziri Stefano Kampionqo bildirib.

Onun sözlərinə görə, adıçəkilən qərarlar paytaxt Lusaka şəhərində iğtişaşlara səbəb olub. Bir qrup şəxs polis məntəqəsinə hücum edib. Etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, azı 60 nəfər saxlanılıb.

Məlumata görə, son üç ay ərzində Zambiyada 70 nəfər vəba xəstəliyindən ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti