Əfqanıstanın şimalında 17 “Taliban” silahlısı məhv edilib

13-01-2018, 04:52
Oxunub: 115
"Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb


Əfqanıstanın şimalında xüsusi əməliyyat nəticəsində azı 17 “Taliban” silahlı məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə yerli polis nümayəndəsi Səid Sərvər Hüseyni bildirib.

Onun sözlərinə görə, yanvarın 12-də silahlıların sığınacağına edilən hücum zamanı azı 17 “Taliban” üzvü öldürülüb. Əməliyyat ölkənin Balx əyalətində keçirilib. 

“Taliban” məlumatı hələ ki, şərh etməyib.

Qeyd edək ki, son aylar ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti