Polislə toqquşmalarda 290 fələstinli xəsarət alıb

13-01-2018, 04:45
Oxunub: 81
"Onlardan 45-i döyüş, 30-u rezin güllələrdən və 215 nəfəri qaz nəticəsində xəsarət alıblar”


Qəzza sektorunda və İordan çayının Qərb sahilində polislə toqquşmalarda azı 290 fələstinli xəsarət alıb.

Report-un məlumatına görə, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Erab əl-Fukaha bildirib.

“İordan çayının Qərb sahilində və Qəzza sektorunda yaralı fələstinlilərin sayı 290 nəfərdir. Onlardan 45-i döyüş, 30-u rezin güllələrdən və 215 nəfəri qaz nəticəsində xəsarət alıblar”, - deyə o bildirib.

Bununla yanaşı, Qəzza sektorunun Səhiyyə Nazirliyindən bildirilib ki, toqquşmalar zamanı heç kim ciddi xəsarət almayıb.

Fələstinin yaşayış məntəqələri arasında narazılıqlar artıq ay yarımdan çoxdur davam edir. Regionda vəziyyət ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra pisləşib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti